Təcili cərrahi əməliyyat da daxil olmaqla, təcili həkim müdaxiləsi tələb edən, yüngül əlamətlərdən tutmuş hemodinamik pozuntulara qədər ağır hallarla müşayiət oluna bilən bütün hallar kəskin qarın olaraq qiymətləndirilir (2). “Kəskin qarın” müstəqil diqnoz olmayıb, çevik aydınlaşdırılması tələb olunan xəstəlik vəziyyətinin keçici adıdır. Bir çox hallarda Qarın ağrısı əsasən həzm sistemi xəstəliklərindən qaynaqlansa da, torakal və sistemli patologiyaların da əlaməti ola bilər. Qarın ağrıları ciddi müalicə tələb etməyən qarın orqanlarının xəstəliklərilə yanaşı, miokard infarktı, bağırsaq işemiyası, aorta anevrizmasının cırılması, aorta disseksiyası kimi həyati təhlükə yaradan hallardan da qaynaqlana bilər. Odur ki, diqqətli anamnez, ilkin kliniki və instrumental müayinələr əsasında çevik diaqnozun qoyulması və paralel olaraq müalicə prosesinin başlanması əsas hədəf olmalıdır.
Kliniki standart üzərində iş gedir. Tezliklə çap ediləcək