TAPP və TEPP üsulları ilə minimal invasiv yırtıq müalicəsi üzrə təlim
Qlobal Cərrahiyyə 2030 proqramı çərçivəsində təşkil edilən „ TAPP və TEPP üsulları ilə minimal invasiv yırtıq müalicəsi” üzrə təlim iki gün davam edəcək.
Təlimdə TAPP (Transabdominal Preperitoneal Plastika) və TEPP (Total Ekstraperitoneal Plastika) əməliyyatlarının icrası, meş materialları, fiksasiya üsulları, problemlərin idarəetməsi nəzəri və praktiki praktiki olaraq geniş əhatə olunacaq.
Təlimin praktiki hissəsi iştirakçılara canlı əməliyyat və ya simulyasiya vasitəsilə təcrübə qazandıracaq.