/ /
Azərbaycanda zəruri cərrahi və anestezioloji xidmətlərin təmin edilməsi
/

Azərbaycanda zəruri cərrahi və anestezioloji xidmətlərin təmin edilməsi

1980-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) o zamankı Baş Direktoru Halfdan Mahler cərrahiyyəni ilkin səhiyyənin prioritet sahəsi elan edərək, qlobal səhiyyə ictimaiyyətinin diqqətini insanların zəruri cərrahi yardım alma imkanlarındakı ciddi bərabərsizliklərə və bu problemlərin aradan qaldırılmasına yönəltməyə çalışdı (Mahler 1980).

“Qlobal Cərrahiyyə 2030 Proqramı”

1980-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) o zamankı Baş Direktoru Halfdan Mahler cərrahiyyəni ilkin səhiyyənin prioritet sahəsi elan edərək, qlobal səhiyyə ictimaiyyətinin diqqətini insanların zəruri cərrahi yardım alma imkanlarındakı ciddi bərabərsizliklərə və bu problemlərin aradan qaldırılmasına yönəltməyə çalışdı (Mahler 1980).

Lakin bu çağırışdan 40 ildən çox vaxt keçməsinə baxmayaraq, dünyada hələ də 5 milyarddan çox insan təhlükəsiz, sərfəli və zəruri cərrahiyyə və anesteziya xidmətlərinə çıxış əldə edə bilmir (Alkire et al. 2015; Meara et al. 2015). Hər il dünyada 33 milyon insan cərrahiyyə və anesteziya xidmətləri üçün fəlakətli xərclərlə üzləşir (Meara et al. 2015).

Appendisit, yırtıq, sınıqlar, çətin doğuşlar, anadangəlmə anomaliyalar, süd vəzi və uşaqlıq boynu xərçəngi kimi ümumi və asanlıqla müalicə edilə bilən xəstəliklərin vaxtında müalicə olunmaması ölüm hallarının artmasına səbəb olur.

Aşağı və orta gəlirli ölkələrdə zəruri və həyat xilas edən cərrahi və anesteziya yardımının göstərilməsində olan çatışmazlıqların aradan qaldırılmasında bu ölkələr arasında fərqli yanaşmalar mövcuddur. Cərrahi yardımın göstərilməsində olan çatışmamazlıqları aradan qaldırmaq üçün 2015-ci il Qlobal Cərrahiyyə üzrə Lancet Komissiyası (Lancet Komissiyası) bu fərqləri aşağı və orta gəlirli ölkələr üçün nəzərə alaraq, 2030-cu ilə qədər təmin olunması gözlənilən altı hədəf müəyyən etdi  (Meara et al. 2015).

Bu hədəflərdə (ətraflı məlumat üçün Cədvəl 1-ə baxın) milli dövlətlərin öz spesifik xüsusiyyətləri və resurslarına uyğun şəkildə nail olması və onları daha da genişləndirməsi nəzərdə tutulur. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən bir ölkə kimi yuxarı orta gəlirli ölkələr qrupuna daxil olduğu üçün bu ölkələrdən gözlənilənlərdən biri “Qlobal Cərrahiyyə 2030” hədəflərinə daha sürətlə nail olmaq və eyni zamanda, onların aşağı gəlirli ölkələr üçün genişləndirilmiş hədəflər baxımından nümunə və yol göstərici olmalarıdır.

Dünya Bankının nəşr etdiyi “Xəstəliklərə Nəzarət Prioritetləri” sənədinə əsasən, zəruri cərrahi əməliyyatlar siyahısına 44 cərrahi prosedur daxildir  (Mock et al. 2015). Bu zəruri cərrahi prosedurların bütün aşağı və orta gəlirli ölkələrdə icrası təmin olunarsa, hər il təxminən 1,5 milyon ölümün, başqa sözlə bu ölkələrdə qarşısı alına bilən ölümlərin 6-7%-nin qarşısı alına bilər (Mock et al. 2015).

Cədvəl 1. Zəruri, təhlükəsiz və sərfəli cərrahi və anesteziya xidmətin qiymətləndirilməsi üçün əsas indikatorlar

  Tərif Hədəf
Zamanında zəruri cərrahi xidmətə çıxış imkanı 2 saat ərzində qeysəriyyə, laparotomiya və açıq sınıqların müalicəsini həyata keçirə bilən müəssisəyə müraciət edə bilən əhalinin nisbəti  2030-cu ilə qədər zamanında zəruri cərrahi xidmət alan insanların sayı  ən azı  80% olmalıdır
Cərrahi mütəxəssislərin sıxlığı Əhalinin 100 000 nəfərinə işləyən cərrahiyyə, anesteziya və mamalıq üzrə ixtisaslaşmış həkimlərin sayı Bütün ölkələr 2030-cu ilə qədər əhalinin hər 100 000 nəfərinə ən azı 20 cərrahi, anesteziya və ginekoloq həkimi təmin edir
Cərrahi xidmətin həcmi İldə hər 100 000 əhaliyə edilən cərrahi prosedurların sayı 2020-ci ilə qədər ölkələrin 80%-i və 2030-cu ilə qədər ölkələrin 100%-i 100 000 əhaliyə göstərilən cərrahi prosedurlar minimum 5000 həcmində olur
Perioperativ ölüm Əməliyyat keçirmiş xəstələrdə xəstəxanadan çıxmazdan əvvəl bütün səbəblərdən ölüm nisbəti, prosedurların ümumi sayına bölünərək faizlə təqdim olunur. 2020-ci ilə qədər ölkələrin 80%-i və 2030-cu ilə qədər ölkələrin 100%-i perioperativ ölüm saynı izləyir və 2020-ci ildə 2030-cu il üçün milli hədəf müəyyən edir
İnsanları yoxsullaşdıran səhiyyə xərclərinin azaldılması Cərrahi və anesteziya üçün birbaşa cibdən ödənişlər hesabına yoxsulluqdan qorunan ev təsərrüfatlarının nisbəti 2030-cu ilə qədər cərrahi və anesteziya üçün cibdən alınan ödənişlərdən yoxsullaşmadan 100% müdafiə
Fəlakətli səhiyyə xərclərindən qorunma Cərrahi və anesteziya üçün birbaşa cibdən ödənişlər hesabına fəlakətli səhiyyə xərclərindən qorunan ev təsərrüfatlarının nisbəti 2030-cu ilə qədər cərrahi və anesteziya üçün cibdən alınan ödənişlərdən yoxsullaşmadan 100% müdafiə

Bu göstəricilərdən ikisi bir ölkənin təhlükəsiz cərrahiyyə və anesteziya təmin etməyə hazırlığını, ikisi hazırda təhlükəsiz xidmətlərin göstərilmə səviyyəsini, digər ikisi isə cərrahiyyə xidmətinə ehtiyacı olan şəxslər üçün maliyyə riskindən qorunma vəziyyətini qiymətləndirir. Azərbaycan səhiyyəsinin inkişaf potensialını nəzərə alaraq TƏBİB bu siyahını 90 cərrahi prosedura çıxarmışdır.

Azərbaycanda uğurlu icbari sığortanın tətbiqi yalnız 44 zəruri cərrahi və anestezioloji xidmətin ölkə ərazisində təmin edilməsini deyil, həm də dövlət xəstəxanalarında daha yüksək ixtisaslı cərrahi xidmətlərin yaradılmasını mümkün edir. TƏBİB tərəfindən hazırlanmış “Qlobal Cərrahiyyə 2030 Proqramı”n ÜST sənədlərində daha mürəkkəb və “luxus” kimi tərif edilən cərrahi prosedurlarda təklif olunması da nəzərdə tutulur (ətraflı məlumat üçün “zəruri cərrahi proseduralar” bölməsinə baxın).

Şəkil 2. Cərrahiyyə sisteminin gücünü müəyyən edən altı əsas göstərici sxematik olaraq.

Hazırda yüksək ixtisaslı cərrahi xidmətlər əsasən özəl klinikalarda təklif edilir və ya xəstələr müalicə üçün xarici ölkələrə yönəlirlər. Lakin hər bir xəstənin bu imkandan istifadə etmək imkanı yoxdur. Bəzi imkansız xəstələr bu xərcləri ödəməyə məcbur olduqda, fəlakətli maliyyə yükü ilə qarşılaşa bilirlər.

Bu səbəbdən gələcək 5 il ərzində yalnız zəruri cərrahi və anestezioloji xidmətlərin ölkə ərazisində yaradılması deyil, eyni zamanda yüksək ixtisaslı cərrahi xidmətlərin TƏBİB tabeli xəstəxanalarda tədricən inkişaf etdirilməsi əsas prioritetlərdən biridir.

“Qlobal Cərrahiyyə 2030 Proqramı” Azərbaycanın rayonlarında zəruri, təhlükəsiz və əlverişli cərrahiyyə və anesteziya xidmətlərinin mövcud vəziyyətini təhlil etmək və bu xidmətlərin inkişafı üçün gərəkən strategiyanı müəyyən etmək üçün yaradılmışdır.

 

Təlimə qeydiyyat

Bu forumu dolduraraq təlimə qoşulmaq üşün müraciət edə bilərsiniz.*

*Müraciətinizi əməkdaşımız dəyərləndirdikdən sonra sizinlə əlaqə saxlanıləb ətraflı məlumat veriləcək.