/ /
Bagirsaq Stomasinin qoyulması və ləgvi üzrə fəaliyyətin icra təlimatı
/

Bagirsaq Stomasinin qoyulması və ləgvi üzrə fəaliyyətin icra təlimatı

Bağırsaq stoması qarın divarıda nəcis axınının xaricə istiqamətləndirilməsi üçün yaradılmış süni dəlikdir.

Bağırsaq stoması qarın divarıda nəcis axınının xaricə istiqamətləndirilməsi üçün yaradılmış süni dəlikdir. Dəqiq statistik məlumat olmasa da stoma ilə yaşayan insanların sayı milyonlarladır.

ABŞ və Çində aparılan hesablamalara görə, hər ölkədə təxminən 1 milyon insan stoma ilə yaşayır. Ölkəmizdə stomalı insanların sayı bəlli olmasa da son illərdə bağırsaq cərrahiyyəsinin inkişafı səbəbindən daimi və ya müvəqqəti stoma daşıyan insanların sayı artmaqdadır.

Dəqiq statistika apara bilən ölkələrdə olan məlumatlara əsasən (Böyük Britaniya və İsveç) stomanın çıxarılmasının əsas hissəsi 25-32% olmaqla kolorektal xərçəngin payına düşür.

Digər səbəblər iltihablı bağırsaq xəstəlikləri, mürəkkən anorektal fistulalar, divertikel xəstəliyi, mexaniki bağırsaq keçməməzliyi, fiziki travmalar, bağırsağın işemik xəstəlikləri və nəcis tuta bilməmə kimi hallardır.

Stoma çıxarılmasına göstərişlər əməliyyat edən cərrahlarımız tərəfindən müəyyən edilir. Bu icra təlimatının əsas hədəfi „Qlobal Cərrahiyyə 2030“ proqramı çərçivəsində stomanın çıxarılması və onun ləğv edilməsi prosesində standart yanaşmanı təşkil etməkdir.

Kliniki standart üzərində iş gedir. Tezliklə çap ediləcək


Təlimə qeydiyyat

Bu forumu dolduraraq təlimə qoşulmaq üşün müraciət edə bilərsiniz.*

*Müraciətinizi əməkdaşımız dəyərləndirdikdən sonra sizinlə əlaqə saxlanıləb ətraflı məlumat veriləcək.