/ /
“Qlobal Cərrahiyyə 2030” Könüllülük Proqramı
/

“Qlobal Cərrahiyyə 2030” Könüllülük Proqramı

Bu proqram Qlobal Cərrahiyyə 2030 təşəbbüsü çərçivəsində həyata keçirilən təlimlər, klinik araşdırmalar və müasir kliniki standartların tətbiqi proqramlarında könüllü iştirak imkanı təqdim edir. Proqram tibb tələbələri və rezidentlər üçün nəzərdə tutulmuşdur və gələcək karyeralarında mühüm rol oynayacaq bilik və bacarıqları inkişaf etdirmək üçün unikal bir platforma yaradır.

Könüllülər aşağıdakı üstünlükləri əldə edəcəklər:

  • Qlobal cərrahiyyə təcrübəsi: Minimal invaziv və digər müasir cərrahiyyə metodları üzrə bilik və bacarıqların artırılması.
  • Təlim və seminarlar: Yerli və beynəlxalq mütəxəssislər tərəfindən keçirilən təlimlərdə iştirak imkanı.
  • Klinik araşdırmalarda iştirak: Elmi tədqiqat və klinik araşdırma layihələrində birbaşa iştirak edərək tədqiqat bacarıqlarını inkişaf etdirmək.
  • Peşəkar şəbəkə qurmaq: Qlobal səhiyyə sahəsində tanınmış mütəxəssislərlə əlaqə qurmaq və əməkdaşlıq etmək imkanı.
  • Sertifikatlar və tövsiyə məktubları: İştirakınızı təsdiq edən beynəlxalq səviyyədə tanınan sertifikatlar və gələcək karyera üçün dəyərli olan tövsiyə məktubları əldə etmək.
  • Liderlik və təşəbbüskarlıq bacarıqları: Səhiyyə layihələrinin təşkilində iştirak edərək liderlik keyfiyyətlərini inkişaf etdirmək.

Müraciət etmək üçün:

Proqrama qoşulmaq istəyən tibb tələbələri və rezidentlər aşağıdakı əlaqə vasitələrindən istifadə edərək müraciət edə bilərlər:

Təlimə qeydiyyat

Bu forumu dolduraraq təlimə qoşulmaq üşün müraciət edə bilərsiniz.*

*Müraciətinizi əməkdaşımız dəyərləndirdikdən sonra sizinlə əlaqə saxlanıləb ətraflı məlumat veriləcək.