/
Təlimlər
/

Tibb bacıları üçün laparoskopiya üzrə baza təlimi

Təlimin məqsədi, əməliyyat tibb bacılarının laparoskopik cərrahiyyə sahəsində nəzəri biliklərini dərinləşdirmək və praktiki bacarıqlarını inkişaf etdirməklə, onların minimal invaziv cərrahiyyə prosesində daha səmərəli iştirakını təmin etməkdir.
 
Təlim çərçivəsində laparoskopik əməliyyatlara göstərişlər, istifadə olunan tibbi cihazların və cərrahi alətlərin funksiyaları və qulluq qaydaları, eləcə də onların saxlanması və sterilizasiya prinsipləri tədris olunacaq.
 
Bununla yanaşı, tibb bacılarının risklərin idarə olunması və fəsadların qarşısının alınmasında rolu ətraflı müzakirə ediləcək. Təlim iştirakçılara əməliyyatdan əvvəlki hazırlıq və əməliyyatdan sonrakı mərhələdə xəstəyə qulluq üzrə nəzəri və praktiki bilikləri mənimsəmək imkanı yaradacaqdır.
 
Təlim sonunda tibb bacıları praktiki tövsiyyəri özündə əks etdirən oxu materialı ilə təmin ediləcəklər. 

Təlimə qeydiyyat

Bu forumu dolduraraq təlimə qoşulmaq üşün müraciət edə bilərsiniz.*

*Müraciətinizi əməkdaşımız dəyərləndirdikdən sonra sizinlə əlaqə saxlanıləb ətraflı məlumat veriləcək.